16 Aprel 2026, 15:20
FUTBOL
Paraqvaylı hücumçu Oskar Kardoso karyerasını başa vurub.
Matc.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib.
Paraqvay millisinin sabiq üzvü 42 yaşında peşəkar futbolla vidalaşıb.
Qeyd edək ki, Oskar Kardoso ölkəsinin "Nasyonal", "Libertad", Argentinanın "Nyuels Old Boyz", Portuqaliyanın "Benfika", Türkiyənin "Trabzonspor" və Yunanıstanın "Olimpiakos" klublarında çıxış edib. Təcrübəli forvard Paraqvay millisinin heyətində keçirdiyi 57 oyunda 12 qol vurub, 1 qol ötürməsi edib.


_1776355585.jpg)









