"Benfika"nın ukraynalı yarımmüdafiəçisi Georgiy Sudakov bu yay Lissabon klubundan ayrıla bilər.

Matc.az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.

Bildirilir ki, Joze Mourinyonun rəhbərlik etdiyi məşqçilər heyəti 23 yaşlı futbolçunun oyunundan narazıdır.

Sudakovdan əlavə, müdafiəçi Sidney Kabral, yarımmüdafiəçisi Mano Silva, cinah yarımmüdafiəçisi Bruma və hücumçu Franyo İvanoviç də transferə çıxarılacaq namizədlər arasında yer alır.

Türkiyə və Səudiyyə Ərəbistanı klublarının Sudakovla maraqlandığını və Portuqaliya klubunun bu yay onları nəzərdən keçirməyə hazır olduğunu bildirilir.

Qeyd edək ki, Georgiy "Benfika"da 36 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest