"Mançester Siti"nin sabiq hücumçusu Serxio Aguero "Arsenal"ın Mikel Arteta rəhbərliyi altında göstərdiyi inkişaf barədə fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, argentinalı veteran futbolçu London təmsilçisinin oyunundakı keyfiyyət dəyişikliklərini və İngiltərə Premyer Liqasında yüksək mövqelər uğrunda mübarizəsini xüsusi vurğulayıb.
"Arteta əla məşqçi olduğunu sübut edib. O, necə oynamağı bilən və çempionluq uğrunda mübarizə aparan güclü komanda qurub. "Topçular"ın Premyer Liqanı sonuncu dəfə nə vaxt qazandığını və son illərdə buna nə qədər yaxın olduğunu xatırlayın. Düşünürəm ki, "Arsenal" azarkeşlərindən soruşsanız, onlar Artetanın uzun illər komandada qalmasını istədiklərini deyəcəklər".
Qeyd edək ki, "Arsenal" İngiltərə çempionatında 28 oyun keçirib və 61 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.












