"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq komandanın son məşqi zamanı zədə alıb.

Matc.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

İlkin müayinələr zamanı 28 yaşlı futbolçunda biseps bud əzələsinin yırtığı aşkarlanıb. Bu zədə səbəbiylə de Yonqun sağalması ən azı 1 ay çəkə bilər.

Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 31 oyunda meydana çıxıb, 1 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest