UEFA Portuqaliyanın "Benfika"nın klubunun argentinalı futbolçu Canluka Prestianninin diskvalifikasiyasına qarşı apellyasiya şikayətini rədd etdi.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
UEFA-nın intizam komitəsi Prestianninin İspaniyanın "Real" klubu ilə Çempionlar Liqasının 1/8 finalının ikinci oyunundan diskvalifikasiya edilməsi barədə qərar qəbul edib.
İlk oyun Lissabonda baş tutub və Madrid klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu vurduqdan sonra hücumçu Vinisius "Benfika" azarkeşlərinə tərəf qaçıb və onlara qarşı təxribatçı jestlər edib. Daha sonra braziliyalı futbolçu hakimə irqçi təhqirlərlə bağlı şikayət edib.
Oyun 10 dəqiqəlik dayandırılıb. Matçın sonunda Portuqaliya klubunun azarkeşləri Vinisiusa və digər "Real" oyunçularına şüşə və elektron siqaretlər də daxil olmaqla müxtəlif əşyalar atıblar.
Qeyd edək ki, "Real" – "Benfika" arasında pley-offun cavab oyunu bu gün Madriddə baş tutacaq.












