"Bavariya" "Çelsi"dən icarəyə götürdüyü Nikolas Ceksonla bağlı qərar verib.

Matc.az xəbər verir ki, Bundesliqa nəhəngi seneqallı hücumçunun transfer hüquqlarına yiyələnməyəcək. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Cekson Almaniya klubunda ümidləri doğrultmayıb. 24 yaşlı forvard yayda müqavilə ilə məxsus olduğu "Çelsi"yə qayıdacaq.

Qeyd edək ki, "Bavariya" Nikolas Ceksonu mövsümün əvvəlində icarəyə götürüb. Futbolçu Münhen təmsilçisinin heyətində keçirdiyi 22 oyunda 5 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest