"Yuventus" 3-cü qapıçısı Karlo Pinsolyonun müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə A Seriyası nəhənginin rəsmi saytı məlumat yayıb.

İtaliyalı qolkiperin mövsümün sonunda başa çatmalı olan sözləşməsi daha 1 il artırılıb.

Qeyd edək ki, Karlo Pinsolyo "Yuventus"un yetirməsidir. 35 yaşlı "əlcək sahibi" bu mövsüm komandanın heyətində rəsmi oyunlarda iştirak etməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest