İtaliyanın "Torino" klubunun azarkeşləri komandanın təlim-məşq bazasının qarşısında etiraz aksiyası keçirərək, girişin qarşısına peyin töküb və klub prezidenti Urbano Kairoya ünvanlanmış təhqiramiz banner asıblar.

Matc.az xəbər verir ki, bu barədə "goal.com" məlumat yayıb.

Bildirilir ki, bir qrup şəxs kompleksin qapılarına yaxınlaşaraq kürə ilə peyin töküb və üzərinə "MERDE COME CAIRO" ("Peyin ye Kairo" kimi tərcümə olunur) yazılmış böyük bir pankart asıblar.

Bu etirazın səbəbi A Seriyasının 26-cı turunda səfərdə "Genoa"ya 3:0 hesablı məğlubiyyət oldub. Bu matçdan sonra Turin komandası A Seriyasında 15-ci yerdə, düşmə zonasından cəmi 3 xal yuxarıda qərarlaşıb.

İtalyan sahibkar və media maqnatı Urbano Kairo 20 ildən çoxdur ki, "Torino"nun sahibi və prezidentidir. Bundan əlavə, Kairo böyük şirkətlər olan "Cairo Communication" və "RCS MediaGroup"un rəhbəri kimi də tanınır.

Xatırladaq ki, bu matçdan sonra "Torino" Roberto Daversanı yeni baş məşqçi təyin edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest