"Barselona" Misir millisi və "Mançester Siti" hücumçusu Ömər Marmuşla maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilir ki, kataloniyalılar bu yay Robert Levandovskinin yerinə yeni hücumçu transfer etməyi planlaşdırırlar. Klubun prioritet variantı "Atletiko"dan argentinalı futbolçu Yulian Alvaresdir.

Marmuş isə Alvaresə alternativ kimi nəzərdən keçirilir. O, 2025-ci ilin yanvar ayından bəri "Mançester Siti"də oynayır. 27 yaşlı misirlinin ingilis klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir və onun transfer dəyəri 65 milyon avro olaraq qiymətləndirilir.

Bu mövsüm Marmuş "Mançester Siti"də bütün yarışlarda 24 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest