26 Fevral 2026, 15:56
FUTBOL
Rusiyanın ÇSKA klubu Filipe Koutinyonu transfer etmək istəyib.
Matc.az xəbər verir ki, bu barədə ESPN televiziyası məlumat yayıb.
Moskva təmsilçisi braziliyalı vingerə rəsmi təklif göndərib. Koutinyo bu təklifi qəbul etməyib. 33 yaşlı futbolçu Rusiyada oynamaq istəməyib.
Qeyd edək ki, Filipe Koutinyonun son klubu ölkəsində "Vasko Da Qama" olub. Braziliya millisinin sabiq üzvü Avropada "İnter", "Espanyol", "Liverpul", "Barselona" və "Aston Villa"nın formasını geyinib.












