"Real" UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab matçı çərçivəsində doğma meydanda "Benfika"nı qəbul edəcək.

Matc.az xəbər verir ki, Madrid təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.

Dörd futbolçu vacib görüşdə komandaya kömək edə bilməyəcək. Eder Militao, Din Hyöysen, Cud Bellingem və Rodriqo zədəlidir.

Qeyd edək ki, "Real" - "Benfika" qarşılaşması fevralın 25-dən 26-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar arasında Lissabonda baş tutan ilk matç İspaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest