24 Fevral 2026, 15:03
FUTBOL
"Real"ın futbolçusu Franko Mastantuono karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Tottenhem" və "Brayton" argentinalı vingeri transfer etmək istəyir. Hər iki klub 18 yaşlı oyunçu üçün 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Real" Franko Mastantuononu mövsümün əvvəlində "River Pleyt"dən transfer edib. Argentina millisinin üzvü Madrid təmsilçisinin heyətində keçirdiyi 24 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.





_1771945993.jpg)





_1771937039.jpeg)
