24 Fevral 2026, 09:20
FUTBOL
Türkiyə Super Liqasında 23-cü tura yekun vurulub.
Matc.az xəbər verir ki, son oyun günündə "Fənərbaxça" doğma meydanda "Kasımpaşa"nı qəbul edib. İstanbul təmsilçilərinin dueli 1:1 hesablı bərabərliklə başa çatıb.
Xallarını 53-ə yüksəldən "Fənərbaxça" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 20 xalı olan "Kasımpaşa" isə 16-cı yerdədir.
"Fənərbaxça" - "Kasımpaşa" 1:1
Qollar: Marko Asensio, 90+5 - Jim Allevinah, 90+1
Qırmızı vərəqə: Ben Uanes, 90+3 ("Kasımpaşa")







_1771928809.jpg)




_1771884853.jpg)