23 Fevral 2026, 22:52
FUTBOL
"Milan"ın yarımmüdafiəçisi Luka Modriç ölkəsinə qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzettaa dello Sport" nəşri məlumat yayıb.
Xorvatiyalı futbolçu yayda dünya çempionatı başa çatdıqdan sonra "Dinamo"ya keçməyi planlaşdırır. 40 yaşlı oyunçu karyerasını Zaqreb təmsilçisində bitirmək istəyir.
Qeyd edək ki, Luka Modriç "Dinamo"nun yetirməsidir. Xorvariya millisinin üzvü 2008-ci ildə 22,5 milyon avro qarşılığında "Tottenhem"ə transfer olunub. O, daha sonra "Real"da çıxış edib.


_1771884853.jpg)









