"Fənərbaxça" "Göztepe"nin yarımmüdafiəçisi Arda Okan Kurtulanı transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

İstanbul nəhəngi Albaniya U-21 millisinin üzvü üçün təklif göndərib. İzmir klubu 23 yaşlı futbolçu üçün 15 milyon avro tələb edir.

Qeyd edək ki, Arda Okan Kurtulan bu mövsüm "Göztepe"nin heyətində keçirdiyi  22 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest