"Arsenal" "Atletiko"nun hücumçusu Xulian Alvaresi transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

London təmsilçisi Argentina millisinin üzvü üçün İspaniya klubuna 120 milyon avroluq təklif göndərib. La Liqa nəhəngi bu təklifi qəbul etməyib.

"Barselona" və PSJ də 26 yaşlı forvardın xidmətində maraqlıdır.

Qeyd edək ki, Xulian Alvares bu mövsüm "Atletiko"nun heyətində keçirdiyi 36 oyunda 13 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest