24 Fevral 2026, 20:10
FUTBOL
Xorvatiyanın "Osiyek" klubu baş məşqçi Zeliko Şopiçlə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. Komanda ölkə çempionatında 23 turdan sonra 17 xal toplayıb və sonuncu yerdədir.
Qeyd edək ki, Zeliko Şopiç 2019/2020 mövsümündə "Sabah"ın baş məşqçisi vəzifəsində çalışıb.












