"Liverpul" mövsümün sonunda komandadan ayrılacağı gözlənilən İbrahima Konateyə əvəzləyici tapıb.

Matc.az xəbər verir ki, Mersisayd təmsilçisi "Lids Yunayted"lə çıxış edən Yaka Biyolu transfer siyahısına daxil edib. Bu barədə "Football Transfers" məlumat yayıb.

İngiltərə çempionu yaxın zamanda sloveniyalı mərkəz müdafiəçisi üçün onun klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Lids Yunayted" Yaka Biyolu 2025-ci ilin yayında "Udineze"dən transfer edib. 27 yaşlı futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 17 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest