20 Fevral 2026, 09:20
FUTBOL
"Mançester Yunayted" və "Liverpul" yayda heyətini "Yuventus"un yarımmüdafiəçisi Kefren Turam-Yulien ilə gücləndirmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı TEAMtalk paylaşıb.
Bildirilir ki, hər iki İngiltərə nəhəngi 24 yaşlı futbolçunun Turin klubu ilə yeni uzunmüddətli müqavilə imzalamaq ehtimalının yüksək olduğunu bilir. "Yuventus" isə fransız futbolçunu "komandanın növbəti dövrünün təməl daşı" hesab edir.
Qeyd edək ki, bu mövsüm Turam-Yulien bütün yarışlarda 32 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 40 milyon avrodur.

_1693390777.png)










