"Milan"ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç daha bir mövsüm İtaliya klubunda qala bilər.

Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.

Bildirilir ki, klub rəhbərliyi 40 yaşlı futbolçunun 30 iyun 2026-cı ildə başa çatacaq müqaviləsinin müddətini uzatmaq niyyətindədir.

"Milan" Modriçi qalmağa razı salmaq üçün mövsüm başına 4,5 milyon avro təklif etməyə hazırdır.

Qeyd edək ki, xorvatiyalı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 27 oyununda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest