19 Fevral 2026, 21:15
FUTBOL
"Mançester Yunayted" müdafiənin sol cinahını yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas hədəfi "Barselona"da çıxış edən Alexandro Baldedir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Mançester Yunayted" Baldeni yayda heyətinə qatmağa çalışacaq. İngiltərə klubu 22 yaşlı sol cinah müdafiəçisi üçün 40 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, Alexandro Balde bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 32 oyunda 3 qol ötürməsi edib.










_1771525279.jpg)

