I Liqada mübarizə aparan “Şahdağ Qusar” növbəti transferini reallaşdırıb.

Matc.az xəbər verir ki, bölgə təmsilçisi “Şəfa”dan Ədilxan Qarəhmədovu icarə əsasında heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu cari mövsümün sonuna qədər "Şahdağ Qusar"da çıxış edəcək.

Qeyd edək ki, yarımmüdafiəçi 2024/25 mövsümündə “Şahdağ Qusar”ın heyətində Azərbaycan II Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest