12 Fevral 2026, 10:46
FUTBOL
İngiltərə Premyer Liqasında 26-cı turun oyunları davam edir.
Matc.az xəbər verir ki, son çempion "Liverpul" səfərdə "Sanderlend"in qonağı olub. Qarşılaşma Mersisayd təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 42-yə yüksəldən "Liverpul" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 36 xalı olan "Sanderlend" isə 11-ci yerdədir.
"Sanderlend" - "Liverpul" 0:1
Qol: Vircil van Deyk, 61












