"Borussiya" Niko Şlotterbekin müqaviləsinin müddətini uzatmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Yeni sözləşmədə almaniyalı mərkəz müdafiəçisinin maaşının artırılması nəzərdə tutulub. 26 yaşlı futbolçu təklifi qəbul etsə, illik 14 milyon avro məvacib alacaq.

Qeyd edək ki, Niko Şlotterbek bu mövsüm "Borussiya"nın heyətində keçirdiyi  26 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib. Almaniya millisinin üzvünün Dortmund təmsilçisi ilə mövcud müqaviləsi 2027-ci ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest