"Arsenal"ın yarımmüdafiəçisi İtan Nvaneri "Marsel"də oynayacaq.

Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Nvaneri "Marsel"ə 2025/26 mövsümünün sonuna qədər icarə əsasında keçib.

İcarə müddəti bitdikdən sonra Nvanerinin "Arsenal"a qayıtması gözlənilir, çünki müqavilədə satın alma bəndi yoxdur.

Qeyd edək ki, İtan Nvaneri 9 yaşında "Arsenal"ın akademiyasına qoşulub. O, "topçular"ın əsas heyətində 2022-ci ildə debüt edib.

Bu mövsüm 18 yaşlı futbolçu "Arsenal"da bütün yarışlarda 12 oyun keçirib və 1 qol vurub. Onun transfer dəyəri 40 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest