23 Yanvar 2026, 10:32
FUTBOL
"Verona"nın hücumçusu Jiovane A Seriyasında klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Napoli" braziliyalı forvardın keçidini həll edib. Neapol təmsilçisi 22 yaşlı futbolçu üçün onun klubuna 20 milyon avro və əlavə bonuslar ödəyəcək.
Qeyd edək ki, Braziliya U-23 millisinin üzvü olan Jiovane bu mövsüm "Verona"nın heyətində 23 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib.












