23 Yanvar 2026, 12:41
FUTBOL
"Tottenhem" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, London təmsilçisi "Santos"dan Souzanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
London klubu braziliyalı futbolçu üçün onun klubuna 15 milyon avro təzminat ödəyib. 19 yaşlı sol cinah müdafiəçisi ilə 5,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Souza "Santos"un yetirməsidir. Gənc oyunçu əsas komandanın heyətində keçirdiyi 38 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.












