"Fənərbaxça" sabiq futbolçusu Vedat Murikini qaytarmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhənginin rəhbərliyi "Malyorka" ilə danışıqlar aparmaq üçün bu gün İspaniyaya yollanacaq. Türkiyə klubu kosovolu hücumçu üçün 12 milyon avro və bonuslar nəzərdə tutulan təklif hazırlayıb.

Qeyd edək ki, Vedat Muriki bu mövsüm "Malyorka"nın heyətində keçirdiyi 19 oyunda 14 qol vurub. 31 yaşlı forvard 2019/2020 mövsümündə "Fənərbaxça"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest