AFFA-nın prezidenti Rövşən Nəcəfin FIFA prezidenti Canni İnfantino ilə görüşü keçirilib.

Matc.az xəbər verir ki, görüşdə Dünya İqtisadi Forumunun illik toplantısında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri də iştirak ediblər.

Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlər, o cümlədən futbolun kütləviliyinin artırılması, uşaq futbolunun inkişafı və bu istiqamətdə həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib. Həmçinin, AFFA ilə FIFA arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Söhbət zamanı 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə təşkilatçılığı ilə keçiriləcək 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının final mərhələsinə hazırlıq işləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest