"Futbolçularım yaxşı oyun göstərdilər. Göstərdikləri oyuna görə nəticə fərqli olmalı idi"
“İmişli” bu gün Azərbaycan Premyer Liqasının 17-ci turunun açılış matçında “Araz-Naxçıvan”la üz-üzə gəlib.
Matc.az xəbər verir ki, Quba Şəhər Olimpiya Kompleksinin stadionunda keçirilən və 2:2 hesabı ilə başa çatan matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilyanın mətbuat konfransı olub. Portuqaliyalı çalışdırıcı nəticəyə görə ruhdan düşdüklərini bildirib:
“Nəticəyə görə ruhdan düşmüşük. Futbolçularım yaxşı oyun göstərdilər. Göstərdikləri oyuna görə nəticə fərqli olmalı idi. Bilirdik ki, çətin oyun olacaq. Rəqibin yeni baş məşqçisi var, əlbəttə ki, oyunçular özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. "Araz-Naxçıvan" güclü komandadır, avrokuboklar uğrunda yarışır. Əlbəttə ki, oyun bərabər şəraitdə keçirdi, hər iki komanda mübarizə aparırdı. Standart vəziyyətlərdən qollar vuruldu. Uzatma dəqiqələrində standart vəziyyətdən qol buraxdıq. Belə olmasını istəməzdik. Nəticəyə görə üzgünük”.












