23 Yanvar 2026, 15:04
MPL
"Heç bir futbolçuya gələndə deyilməyib ki, klub Bakıda məskunlaşacaq".
Bu sözləri Matc.az saytına açıqlamaasında "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Gəray Qiyasov deyib.
Klub rəsmisi futbolçular Ceferson Bentu və Vitor Feijao barədə yayılan məlumatlara aydınlıq gətirib. O, "Kəpəz"in Gəncədə məskunlaşdığını bildirib:
"Kəpəz"in yeri Gəncədir. Yeni gələn futbolçuların hamısı da bunu bilib. Ceferson Bentu öhdəliklərini yerinə yetirmədi, kluba qayıtmadı. Vitor Feijao Braziliyaya getməyi özü istədi. Xəstəxana ilə bağlı heç bir problem yox idi. Həyat yoldaşı övladını Braziliyada dünyaya gətirmək istəyib.












