23 Yanvar 2026, 16:40
FUTBOL
"Marsel" "Feyenoord"dan yarımmüdafiəçi Kvinten Timberi transfer edib.
Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
Liqa təmsilçisi Niderland millisinin üzvü üçün onun klubuna 4,5 milyon avro təzminat ödəyib. 24 yaşlı oyunçu ilə 4,5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Kvinten Timber bu mövsüm "Feyenoord"un heyətində keçirdiyi 24 oyunda 4 qol vurub, 4 qol ötürməsi edib.












