22 Yanvar 2026, 18:34
FUTBOL
"Vest Hem" heyətinə yeni futbolçu cəlb edib.
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Deportivo La Quayra"dan Keyber Lamadridi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı venesuelalı vinger mövsümün sonuna kimi London klubunun formasını geyinəcək.
Qeyd edək ki, Keyber Lamadrid "Deporivo La Quayra"nın yetirməsidir. O, əsas komandanın heyətində keçirdiyi 103 oyunda 14 qol vurub, 7 qol ötürməsi edib.







_1769100499.jpg)




_1769095184.png)