"Feyenoord"un futbolçusu Kvinten Timber karyerasını Fransada davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Marsel" Niderland millisinin üzvünün keçidini həll edib. 24 yaşlı yarımmüdafiəçisi yaxın günlərdə Liqa 1 təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Kvinten Timber bu mövsüm "Feyenoord"un heyətində keçirdiyi 24 oyunda 4 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest