Almaniyanın "Ayntraxt" klubu "Real"dan ayrılan Xabi Alonso ilə maraqlanır.
Almaniyanın "Ayntraxt" klubu "Real"dan ayrılan Xabi Alonso ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Bildirilir ki, Frankfurt klubunun idman direktoru Markus Kröşe ispan məşqçi ilə potensial təyinatını müzakirə etmək üçün görüşmək istəyir. Alonsonun daha səviyyəli klubdan dəvət gözlədiyi üçün bu təklifi rədd edə biləcəyi vurğulanır.
İspaniyalı mütəxəssis 2022-ci ildən 2025-ci ilə qədər "Bayer"i çalışdırıb. Onun rəhbərliyi altında Leverkuzen komandası Almaniya çempionluğunu, Almaniya Kubokunu və Almaniya Superkubokunu qazanıb.
Ötən yay isə Alonso "Real"ın baş məşqçisi təyin edilib, lakin yanvarın 12-də klubdan ayrılıb.
Qeyd edək ki, hazırda Dino Topmöllerin çalışdırdığı "Ayntraxt" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. "Qarabağ" – "Ayntraxt" qarşılaşması yanvarın 21-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.












