13 Dekabr 2025, 20:17
FUTBOL
PSJ-nin mərkəz müdafiəçisi və kapitanı Markinyos Çempionlar Liqasında "Atletik" ilə matçda topuq zədəsi alması səbəbiylə, Fransa çempionatında qarşıdan gələn oyunda iştirak etməyəcək.
Matc.az xəbər verir ki, bu barədə Fransanın RMC nəşri məlumat yayıb.
Markinyosun 17 dekabrda keçirilməsi planlaşdırılan 2025-ci il FIFA Qitələrarası kubok finalında iştirakı da qeyri-müəyyən olaraq qalır. PSJ tibbi müayinədən keçdikdən sonra onun sağalma müddəti ilə bağlı son qərarı verəcək.
Qeyd edək ki, Markinyos bu mövsüm PSJ-də bütün yarışlarda 21 oyun keçirib, lakin fərqlənə bilməyib.












