12 Dekabr 2025, 12:44
FUTBOL
"Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo ölkəsindən təklif alıb.
Matc.az xəbər verir ki, "Botafoqo" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.
A Seriyası təmsilçisi Bikalyo üçün Azərbaycan klubuna müəyyən şərtlər daxilində satınalma bəndi ilə icarəyə götürmək təklifi göndərib. "Qarabağ" bu təklifi rədd edib. Ağdamlılar danışıqlarda dərhal ödəniş tələb edir.
“Botafoqo” 24 yaşlı dayaq yarımmüdafiəçisinin oyununu bəyənir və onu 2026-cı il mövsümü üçün transfer etmək məqsədilə yeni təklif göndərəcək.
Qeyd edək ki, Pedro Bikalyo bu mövsüm "Qarabağ"ın heyətində keçirdiyi 25 oyunda 1 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayıına kimidir.












