11 Dekabr 2025, 21:29
FUTBOL
"Kremonese"nin hücumçusu Ceymi Vardi noyabr ayı üçün A Seriyasının ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Ötən ay 38 yaşlı ingilis futbolçu üç oyun keçirib, "Yuventus"a qarşı bir qol vurub (1:2). Dekabrın 1-də isə Vardinin dublu "Kremonese"nin "Bolonya"nı (3:1) məğlub etməsinə kömək edib.
Vardi bu mövsüm ümumilikdə 10 oyunda meydana çıxıb və 4 qol vurub.
Qeyd edək ki, Vardi "Kremonese"yə yayda azad agent kimi qoşulub.










_1765477707.jpg)

