Siyahıya “Los-Anceles Qalaksi”nin yarımmüdafiəçisi Riki Puç başçılıq edir. Onun dəyəri 18 milyon avro olaraq qiymətləndirilir.
"Transfermarkt" portalı MLS futbolçularının bazar dəyərinə dair növbəti yeniləməni açıqlayıb.
Matc.az xəbər verir ki, Lionel Messi artıq liqanın ən dəyərli üç oyunçusu arasında yer almır.
Siyahıya “Los-Anceles Qalaksi”nin yarımmüdafiəçisi Riki Puç başçılıq edir. Onun dəyəri 18 milyon avro olaraq qiymətləndirilir. İkinci yerdə 17 milyon avro dəyəri olan “Los-Anceles”in hücumçusu Son Hin Min qərarlaşıb. Üçüncü pillədə isə “Sinsinnati”nin futbolçusu Evander yer alıb. Onun dəyəri 16 milyon avro qiymətləndirilir.
MLS-in ən bahalı 7 futbolçusunun siyahısı hazırda belədir:
Riki Puç (“Los-Anceles Qalaksi”) – 18 milyon avro
Son Hin Min (“Los-Anceles”) – 17 milyon avro
Evander (“Sinsinnati”) – 16 milyon avro
Emmanuel Latte Lat (“Atlanta”) – 15 milyon avro
Anders Dreyër (“San-Dieqo”) – 15 milyon avro
Rodriqo De Paul (“İnter Mayami”) – 15 milyon avro
Lionel Messi (“İnter Mayami”) – 15 milyon avro












