11 Dekabr 2025, 20:32
FUTBOL
"İnter Mayami"nin 38 yaşlı hücumçusu Lionel Messinin bazar dəyəri 3 milyon avro azalıb.
Matc.az xəbər verir ki, "Transfermarkt"dakı son yeniləmədən sonra hazırda 15 milyon avro dəyərində qiymətləndirilir.
Argentinalı futbolçunun ən yüksək dəyəri 2018-ci ildə, "Barselona"da oynadığı dövrdə 180 milyon avro olub.
Qeyd edək ki, Messi 2023-cü ilin yayından bəri "İnter Mayami"də oynayır. Bu müddət ərzində hücumçu bütün yarışlarda 88 oyunda meydana çıxıb, 77 qol vurub və 44 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin sonuna qədərdir.










_1765477707.jpg)

