Fransanın "Nant" klubu baş məşqçi Luis Kastro ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd eədk ki, Luis Kastro mövsümün əvvəlində "Nant"ın baş məşqçisi postuna təyin olunmuşdu. Komanda ölkə çempionatında 15 turdan sonra 11 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest