11 Dekabr 2025, 18:46
FUTBOL
"İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi Hindistanda "bütün zamanların ən böyük oyunçusu" turu çərçivəsində Kalkuttada öz heykəlinin açılışını edəcək.
Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Messinin komanda yoldaşları, uruqvaylı hücumçu Luis Suares və argentinalı yarımmüdafiəçi Rodriqo de Pol da tədbirdə iştirak edəcəklər.
21 metr hündürlüyündə olan heykəlin yığılmasına 45 nəfərlik komanda 27 gün sərf edib.
Qeyd edək ki, tur 13-15 dekabr tarixlərində davam edəcək. Kalkuttadan sonra Messi Haydarabad, Mumbay və Yeni Dehli şəhərlərinə səfər edəcək.






_1765477707.jpg)



_1765464469.jpg)

