Dünya futbolunun əfsanəsi Pelenin imic hüquqları "Santos"un hücumçusu Neymarın atasına məxsus olan "NR Sports" şirkətinə satılıb.
Matc.az xəbər verir ki, bu barədə UOL məlumat yayıb.
Bildirilir ki, sövdələşmənin dəyəri 18 milyon dollar olub. Pelenin imic hüquqları əvvəllər "Sport 10"a məxsus idi. Lakin, üçqat dünya çempionunun 2022-ci ilin dekabrında vəfat etməsindən sonra şirkət Pelenin imicindən qazanc əldə etməyi faktiki olaraq dayandırıb.
Bu, şirkətin strategiyasının Pelenin şəxsi ictimaiyyət qarşısında çıxışlarına və reklam kampaniyalarında iştirakına əsaslanması ilə bağlıdır. Neymarın atasının şirkətinin imic hüquqlarından necə pul qazanmağı planlaşdırdığı hələlik məlum deyil.
Saziş hələ rəsmi olaraq açıqlanmayıb. Sövdələşmənin 19 noyabrda, Pelenin 1000-ci qolunun ildönümündə baş tutacağı gözlənilir.





_1763488881.jpg)





