DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində sonuncu turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, A qrupunda Almaniya millisi doğma meydanda Slovakiyanı qəbul edib. Qarşılaşma ev sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 15-ə yüksəldən Almaniya qrupu lider tamamlayıb və mundiala birbaşa vəsiqə qazanıb. 12 xalı olan Slovakiya ilə pley-off oyunlarında iştirak edəcək.

Almaniya - Slovakiya 6:0
Qollar:
Nik Voltemade, 18, Serji Qnabri, 29, Leroy Sane, 36, 41, Ridlee Baku, 67, Assan 
 Oedraoqo, 79

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest