16 Noyabr 2025, 13:02
FUTBOL
"İnter Mayami"nin futbolçusu Lionel Messi Argentina millisinin Anqola ilə keçirdiyi son yoldaşlıq oyununda fərqlənib.
Matc.az xəbər verir ki, 38 yaşlı kapitan qarşılaşmanın 82-ci dəqiqəsində komandasının ikinci qoluna imza atıb - 2:0.
Bununla da, Messi karyerasında 11-ci dəfə bir təqvim ili ərzində 45 və ya daha çox qol vuran ikinci futbolçu olub. Bu göstəriciyə ilk çatan oyunçu Kriştiano Ronaldodur.
Qeyd edək ki, Argentina millisinin kapitanı 2005-ci ildə debüt etdiyi vaxtdan yığmada 196 matçda 115 qol vurub.












