12 Noyabr 2025, 21:06
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Matc.az xəbər verir ki, təmsilçimiz 68 kq çəki dərəcəsində qızıl medal qazanıb.
İrina Zaretska finalda Türkiyə karateçisi Eda Eltemuru 5:3 hesabı ilə məğlub edib.
Qeyd edək ki, İrina Zaretska üçüncü dəfə İslam Oyunlarının qalibi adını qazanıb. O, daha əvvəl 2017-ci ildə Bakıda və 2021-ci ildə Konyada çempion olub.





_1762973332.jpg)

_1762969557.jpg)




