"Qarabağ" – "Neftçi" oyunu üçün nəzərdə tutulan bütün biletlər satılıb.

Misli Premyer Liqasının "Zəfər turu" - 11-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Neftçi" oyununa böyük azarkeş marağı var. Görüş üçün nəzərdə tutulan bütün biletlər satılıb.

Matc.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Sözügedən qarşılaşma sabah "Azersun Arena"da keçiriləcək. Oyun saat 18:44-də start götürəcək.

Qapılar azarkeşlər üçün oyunun start fitindən 90 dəqiqə əvvəl açılacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest