"Napoli"nin 29 yaşlı kamerunlu yarımmüdafiəçisi Frank Anqissa İtaliya A Seriyasında oktyabr ayının ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı liqanın rəsmi saytı paylaşıb.

"Ayın oyunçusu" mükafatı idman media direktorlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Onlar hər bir oyunçunun texniki və idman meyarların əsas götürüblər.

Anqissa oktyabr ayında İtaliya çempionatında dörd oyun keçirib, "İnter" və "Leççe"yə qarşı iki qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest