"İmişli"nin futbolçusu Vüsal Qənbərov “Kəpəz”lə keçirilən oyunda aldığı zədə nəticəsində qamış (tibia) və incik (fibula) sümüklərinin sınığı diaqnozu ilə bu gün əməliyyat olunub.

Matc.az xəbər verir ki, futbolçuya qamış sümüyünün sınığı səbəbilə intramedüllar çivi ilə osteosintez əməliyyatı icra edilib, incik sümüyündəki qırığa isə alçı sarğı tətbiq olunub. Əməliyyat uğurla həyata keçirilib, oyunçunun vəziyyəti stabil və qənaətbəxşdir.

Vüsal Qənbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq. Klub rəhbərliyi və həkim heyəti futbolçunun tam bərpası və tezliklə meydanlara qayıtması üçün bütün zəruri şəraiti təmin edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest