25 Oktyabr 2025, 10:30
FUTBOL
"İnter Mayami"nin hücumçusu Lionel Messi klubla müqaviləsini 2028-ci ilə qədər uzatmaq qərarından danışıb.
Matc.az xəbər verir ki, o, burada özünü yaxşı hiss etdiyini deyib.
"Düzünü desəm, bu il özümü çox yaxşı hiss etdim. Mayamidə yaşamaqdan xoşbəxtəm, ailəm də. Bu qərar mənim üçün asan oldu.
Gündən-günə özümü yaxşı hiss etməyə və ən əsası özümə qarşı dürüst olmağa çalışıram. Özümü yaxşı hiss edəndə bundan zövq alıram. Amma pis hiss edəndə bundan zövq almıram - və bu halda, həmin yerdə olmağı üstün tutmazdım.
Həmişə demişəm ki, qərarımı hər gün fiziki və zehni olaraq necə hiss etdiyimə əsasən verəcəyəm ki, oynamağa davam edə bilim və bu klubun bir hissəsi olaraq qala bilim", - deyə Messi açıqlama verib.












